Sun City Hotel & SPA Naftalan 2023-cü ildən fəaliyyətə başlayıb. 0.63 ha ərazidə yerləşən Müalicə Mərkəzi 5 mərtəbəli korpusdan və 212 yerlik olmaqla 96 otaqdan ibarətdir. Ərazisində açıq hovuz, hovuz ətrafında teras, Sun Set Cafe, səliqəli və yaşıl park ərazisi, uşaq oyun sahəsi, idman alətləri, səhnə və fontan mövcuddur. Mərkəzin daxilində Sun Restaurant, Lobby bar, kitabxana və istirahət sahəsi vardır. Tibbi bölmə laboratoriya, 10 vannadan ibarət naftalan vannası, yod-brom vannası, duz otağı, hidrokolonoterapiya, ozonoterapiya, iqloterapiya, fizioterapiya
mərkəzi, fitoterapiya otağı, vitamin bar və həkim otaqlarından ibarətdir. Spa mərkəzində isə isidilə bilən qapalı hovuz, şok hovuzu, şok duş, qar-buz aparatı, türk hamamı, buxar otağı, fin sauna, spa masaj otaqları, masaj duşları, geniş fitnes zalı, istirahət otağı vardır.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün