“Qaşaltı bağları” adlı layihə çərçivəsində, Naftalana səfər edən turistlərin asudə vaxtlarını səmərəli keçirilmələri məqsədilə xüsusi istirahət məkanları yaradılıb. Bu məqsədlə BMT-nin İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan “Azərbaycan Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində yaradılan 2 bağa ilkin mərhələdə müxtəlif növ avadanlıqlar verilib. Sözügedən bağlarda müxtəlif növ meyvə ağacları, bitkilər, arı ailələri mövcuddur. Bağlara istirahətə gələn turistlər burada olan meyvələrdən, təbii hazırlanmış məhsullardan istifadə edə və satın alaraq özləri ilə apara biləcəklər.

Foto albom

image 714
image 715