Turistlərin daşınması
Naftalan Bakıdan 330 km qərbdə, Gəncədən 55 km şərqdə, Mingəçevirdən 45 km cənubda, Goran Dəmir yolu stansiyasından isə 18 km cənubda yerləşir. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə 2020-ci ildən Naftalan-Goran dəmiryolu stansiyası Naftalan istiqamətində müasir standartlara cavab verən sərnişin daşıyan nəqliyyat vasitəsi istifadəyə verilib.
Turistlərin daşınması “Azərbaycan Dəmir Yollları ” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stansi-yasına çatma vaxtına uyğun olaraq ödənişsiz həyata keçirilməkdədir.