Əsas menyu
Naftalan Nefti

Naftalan nefti, yanmağa məruz qalmayan qətranlı, parafinsiz neftdir, tərkibində benzin və ya kerosin şəklində fraksiyalar yoxdur. Naftalan neftinin əsas fəaliyyətdə olan maddəsi naften karbohidrogenləridir ki, bu da ağrıkəsici, iltihab əleyhinə və antiallergik xüsusiyyətlərə malikdir. Bundan başqa, Naftalanda aromatik karbohidrogenlərlə yanaşı, qətran da var, karbohidrogenlərin öz tərkibi isə insan hormonlarının (androgenlər, ekstrogen və kortikosteroidlər) dəstinə çox oxşardır. Naftalan nefti spesifik qoxusu olan qara-qonur mayedir.

Naftalan neftinin kimyəvi tərkibi:

Azotlu birləşmələr 0.3%
0.3%
Naften turşuları 0.5-3%
0.5%
Kükürdlü birləşmələr 0.3-0.7%
0.3%
Aromatik 10-15%
10%
Qətranlar 14-15%
14%
Naften 50-55%
50%

Mikroelementlər (mis, sink, manqan, bor, yod, brom və s.)

Naftalan nefti təkcə müalicəvi vannalar şəklində deyil, həm də tamponlar şəklində, diş ətinin, boğazın və burunun selikli qişalarının yağlanmasında, həmçinin daxili iltihabı azaltmaq üçün vaginit və ya bağırsaq iltihabında tətbiq olunur.Müalicənin maksimal müddəti təqribən 15-20 gündür. Bu müddət ərzində xəstələr tibbi mütəxəssislərin nəzarəti altında mütləq fasilələrlə 10-12 vanna qəbul edirlər. Naftalan vannaları 38° C temperaturda təyin edilir, bir vanna qəbulunun orta müddəti 8-10 dəqiqədir. Bu neft dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində çox faydalıdır. Bunun üçün xəstələrə naftalan vannaları təyin edilir: ümumi, oturaq və kamera. Bəzi hallarda sollyuks lampası ilə qızdırılan Naftalan yağlamaları həyata keçirilir.

5 yaşından yuxarı uşaqlar naftalanla müalicə oluna bilərlər. Onların fizioterapiyası və vannada qalma müddəti böyüklərdən fərqlidir. Naftalan müalicəvi məqsədlər üçün istifadə olunan, məhz Azərbaycana məxsus unikal neft növüdür. Həkimlər uzun illərdir ki, onu bir çox xəstəliklərin uğurla müalicəsi üçün təyin edirlər. Naftalan nefti 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilir, onların arasında sümük-əzələ, sinir sistemi, dəri, damar, ginekoloji, uroloji və digər xəstəliklər də var. Naftalanın unikal müalicəvi xüsusiyyətləri sayəsində iltihab prosesləri həll olunur, ağrılar azalır, qan dövranı və mübadilə prosesləri normallaşır.