Murov Sanatoriyasının 2021-ci ildə açılışı olub. 1 ha ərazidə yerləşən mərkəz 10 mərtəbəli, 176 yerlik olmaqla 88 otaqdan ibarətdir. Sanatoriyada poliklinika, restoran, kafe-bar, terras-restoran, fitness mərkəzi, sauna, fin və türk hamamı mövcuddur. Tibbi müayinə və müalicə üçün ginekologiya, kardiologiya, laboratoriya, hərəkət orqanlarının xəstəlikləri, dəri xəstəlikləri və USM şöbələri fəaliyyət göstərəcək. Sanatoriyada 8 vanna otağı, Naftalan terapiya, Termoterapiya, Puvaterapiya, SPA, Lazerterapiya, Fizioterapiya, Reabilitasiya, Elektroterapiya və Hidrokalon terapiya müalicə növləri mövcuddur.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün