Əsas menyu
Kitabxana

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” 2020-ci ildə Naftalanda oxuyucuların ixtiyarına verilibdir. Kitabxana www.littlefreelibrary.org-un kitabxanalar reyestirinə düşərək #100833 nişanı altında fəaliyyət göstərir və ölkəmiz həmin saytın xəritəsində digər ölkələr sırasında yer alıb. Mini kitabxana günün istənilən saatında ödənişsiz fəaliyyət göstərir. Ölkəmizdə ilk dəfə “Little Free Library” kitabxanasının “I Love Naftalan” adlanan bölməsi məhz kurort şəhərimiz Naftalanda açılıbdır.