“Gözəl Naftalan” Sağlamlıq Mərkəzi 2016-cı ildən fəaliyyətə başlayıb. Mərkəz 4 mərtəbəli yataq korpusu, 4 mərtəbəli müalicə korpusu və digər yardımçı binalardan, 76 otaq, 158 çarpayıdan ibarətdir. Həmin korpuslar çoxillik şam ağacları və digər dekorativ ağaclarla əhatə edilmişdir.
Mərkəzə müalicə üçün yerli əhali ilə yanaşı digər xarici dövlətlərdən, Avropa ölkələri, həmçinin Türkiyədən, İrandan, Rusiyadan və digər ölkələrdən də gələnlər çoxluq təşkil edirlər. Burada əsəb-sinir, sümük-oynaq-əzələ, qadın xəstəlikləri, prostat, kişi-qadın sonzuluğu, fizioterapevtik müalicələr aparılır. Bütün bunlarla yanaşı müəssisədə ozonoterapiya, hidrokoloniya, dartma, linfodrenaj, serogentipli müasir aparatlar da pasiyentlərin xidmətindədir. Həyətdə açıq havada kafe də fəaliyyət göstərir ki, orada çay, kofe, şirniyyat, həmçinin müxtəlif tipli qazan və manqal yeməkləri hazırlanır. Həftə ərzində üç dəfə vətəndaşlara canlı musiqi təqdim edilir. Hər şənbə və bazar günləri respublikamızın görməli yerlərinə turlar təşkil edilir. Həmçinin, idman zalı və namaz qılma otaqları fəaliyyət göstərir.
Ətraflı məlumat və rezervasiya üçün
- +99412 585 9602
- +99450 607 3130
- [email protected]
- www.gozelnaftalan.az