Gold Naftalan 2021-ci ildən fəaliyyətə başlayıb. 1,5 ha ərazidə yerləşən 288 yerlik olmaqla 145 otaqdan ibarət, ən son tibbi avadanlıqlarla təchiz edilmiş müasir müalicə-istirahət kompleksdir. Kompleks özündə Poliklinika, Naftalan Terapiya Mərkəzi, Fizioterapiya və SPA bölmələrini birləşdirir. Naftalan Terapiya Mərkəzi 21 vanna otağından ibarətdir. Vanna otaqlarından 19-u naftalan, 2-si isə aroma və mineral vannalar üçündür. Fizioterapiya şöbəsində xəstələrin naftalan vannalarına parallel olaraq Fizioterapiya prosedurları ilə müalicəsi aparılır. Bu prosedurlara Ozonoterapiya, Elektroterapiya, Lazerterapiya, Maqnitoterapiya, Hidrokolonoterapiya, Masaj-Manipulyasiya-Traksiya, İnfraqırmızı şüalanma, parafin, xüsusi inyeksiyalar və xüsusilə iynəbatırma daxildir. SPA hissəsində klassik və skrab masaj xidmətləri göstərilir. Həmçinin mərkəzdə Himalay dağlarından gətirilmiş xüsusi daşlardan ibarət duz otağı da mövcuddur. Poliklinika bölməsi Kardiologiya, Urologiya, Ginekologiya, Nevropatologiya, USM, Dermatologiya, Laboratoriya, LOR həkim müayinəsi, Terapevt müayinəsi, Təcili Yardım şöbələrindən ibarətdir. Qonaqların asudə vaxtının daha səmərəli keçirilməsi üçün açıq və qapalı hovuz, mini stadion, idman qurğuları mövcuddur.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün