Əsas menyu
Gəzməli Yerlər

Azərbaycan mirvarisi - Göygöl

Tarixi qədim əsrlərə dayanan Göygölə səfər etməklə əsası almanların Vürtemberq krallığından gələn icma tərəfindən qoyulan memarlıq arxitektura izləri ilə tanış olmaq imkanınız olacaq.

Göygöl Milli Parkı

Keçmiş Yelenendorf şəhərində həmin dövrdə inşa edilmiş kirxalar və evlər qalmaqdadır. Gözəlliyinə mahnılar, şeirlər qoşulan Göygöl Milli Parkında –  Göygöl, Maralgöl kimi təbiət inclilərinin qoynunda rahatlıq və hüzur tapacaqsınız.

"Göygöl" şərab zavodu

Keçmiş Yelenendorf şəhərində həmin dövrdə inşa edilmiş kirxalar və evlər qalmaqdadır. Gözəlliyinə mahnılar, şeirlər qoşulan Göygöl Milli Parkında –  Göygöl, Maralgöl kimi təbiət inclilərinin qoynunda rahatlıq və hüzur tapacaqsınız.

Qədim Gəncə

Nizami Gəncəvi Məqbərəsi

Azərbaycanın 2ci şəhəri Gəncəyə gedərək Nizami Gəncəvinin məqbərəsini ziyarət etmək mümkündür.

"Şah Abbas" məscidi

İnşası  1606-cı ilə aid edildiyi “Şah Abbas” məscidini ziyarət etməklə Azərbaycan memarlığının inclilərindən biri ilə tanış olacaqsınız

Cavad Xan türbəsi

Burada olarkən yaxınlıqda yerləşən Cavad Xan türbəsinə də baş çəkməyi unutmayın.

Göy məscid

VII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy məscid” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksi isə bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab olunur.

Heydər Əliyev Park Kompleksi

Heydər Əliyev Park Kompleksində gəzərkən  İncəsənət müzeyi, amfiteatr, süni göl, Zəfər tağı ilə tanış ola bilərsiniz.

Xan Bağı

Ümümilikdə, Qafqazın ən qədim bağlarından sayılan və Gəncə xanlarının adı ilə bağlı olan ”Xan bağı”da mütləq gediləsi yerlərdəndir. Ümumi sahəsi 5 ha olan park burada olan ağac növlərinin zənginliyinə görə əvəzsizdir.

Nur şəhəri Mingəçevir

Naftalandan təxminən 40 dəqiqəlik məsafədə yerləşən Mingəçevirə səfər etməklə Kürün sahilində yerləşən Nur şəhərinin gözəlliyinə şahid ola bilərsiniz

Kür çayında Katerlə gəzinti

Mingəçevirdə katerlə Kürün seyrinə çıxmaq, çay boyunca uzanan bulvarda gəzinti, çayda balıq tutmaq, restoranlarında ləzzətli təamları dadmaq və şəhərin küçələrini bəzəyən parkların yaşıllığı sizi valeh edəcək.

Qarabağ - Talış kəndi, Suqovuşan qəsəbəsi

Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur.

Suqovuşan qəsəbəsi ərazisində üç tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır:

1. Müqəddəs Yelisey monastırı (4035) – XII əsrə aid Alban monastrı

2. Körpü (4034)

3. Kilsə (4488) – 1898-ci ildə inşa edilib.

Tərtərçay, Suqovuşan su anbarı

Həmçinin, Tərtərçay üzərində yerləşən Suqovuşan su anbarı mövcuddur. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Burada avarçəkmənin müxtəlif növləri üzrə beynəlxalq yarışlar tutulmuşdur və məşqləri artıq həyata keçirilir.

Qeyd etmək lazımdır ki su anbarı qəsəbəyə əsrarəngiz görünüş bəxş edir.

Qəhrəmanlar diyarı - Goranboy

Özündə Qədim Albaniya dövrünə gedib çıxan tarixi, Kürəkçay və Gülüstan müqavilələrinin izlərini və əsrarəngiz təbiət gözəlliklərini birləşdirən Goranboy rayonuna səfər etməyi unutmayın.

Tarixi məkanlar

Tarixi Qafqaz Albaniyası dövrünə aid edilən və dövrümüzə qalıqları gəlib çatan Gülüstan qalası, 1137-ci ildə baş verən zəlzələ nəticəsində Buzluq çayının qarşısının kəsilməsi ilə yaranan Buzluq mağarası, çayın üzərindəki ikitağlı körpü görməli yerlər sırasındadır.

Kəndlər

Çar Rusiyası dövründə buraya köçürülən molokanların yaşadığı Rus Borisi kəndi, XX əsrin əvvəllərində alman ailələrinin təsərrüfatla məşğul olduğu Todan kəndi də marağınıza səbəb olacaq yerlərdəndir.

Rus Borisi Kəndi

Todan kəndi

Aşağı Ağcakənd qəsəbəsi

Murovdağın ətəyində yerləşən Aşağı Ağcakənd qəsəbəsi isə təmiz havası, sərin bulaqları, sıx meşələri və başı qarlı dağları ilə Sizi valeh edəcək.