Gashaltı Health Hotel Naftalan 2011-ci ildən fəaliyyətə başlayıb. 8,5 ha ərazisi olan kompleksdə hotel binası, fitnes mərkəzi, əyləncə mərkəzi, mini stadion və 3 Villa yerləşir. Hotel 342 yerlik olmaqla 165 otaqdan (Ekonom, Standart, Junior Suit,Deluxe Suit, Premium Suit otaqlar) ibarətdir. Burada göstərilən xidmətlərin əsasını dünyada analoqu olmayan Naftalan nefti ilə aparılan müalicələr təşkil edir. Giriş edən qonaqların aldıqları paketə həkim müayinələri, laborator müayinələr, USM, həmçinin Naftalan vannaları və müxtəlif növ fizioprosedur xidmətləri daxildir. Hoteldə zərbə dalğa terapiya, sualtı dartma, sualtı masaj, UFB terapiya, pnevmapunktura, kosmetoloji və dermatoloji olaraq saç, üz və oynaqlar üçün plazmaliftinq, mezoterapiya, pilling, xalların və papilomaların koaguliyası xidmətləri, bundan əlavə karbon vannası, 4 kameralı vanna xidmətləri mövcuddur. Fitnes və əyləncə mərkəzində boulinq, bilyard, stolüstü tennis, kiçik uşaqların əylənməsi üçün guşə, 3D kinoteatr və canlı musiqi səhnəsi, yarımolimpik hovuz, idman zalı, türk hamamı, sauna və buxar otağı istirahəti daha da unudulmaz edir. Futbol, voleybol, tennis və basketbol oyunları üçün ərazidəki mövcud meydançalar qonaqların vaxtının daha da aktiv keçirilməsi üçün düşünülmüşdür.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün