Garabagh Resort & Spa Naftalan 5 (2014-cü ildən fəaliyyətə başlayıb) 15 ha yaxın ərazidə yerləşən hotel öz müştərilərinə müalicə, istirahət və sağlamlıq xidmətlərini təklif edir. Hotel ümumi olaraq 264 yerlik olmaqla 132 otaqdan (Club room, Deluxe room, Junior suit room, Senior Suit room otaqları)ibarətdir. 2 Sahəsi 2000 m -dən çox olan Entera Spa & Wellness müalicə və sağlamlıq mərkəzində möcüzəli Naftalan neftinin istifadəsi ilə aparılan prosedurların rəngarəngliyi, həmçinin stabilləşdirilmiş efir yağları və vitaminlər ilə gücləndirilmiş Naftovitdən istifadə müalicənin effektivliyini artırır. Profilaktika ilə birlikdə əzələ və oynaqlarda iltihab və mübadilə xarakterli xroniki xəstəliklər, ginekoloji və ürək-damar xəstəlikləri, stress və yorğunluqla bağlı nevroloji narahatlıqlar, maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklər, psoriaz, allergiya və s. bir çox bu kimi xəstəliklər müalicə olunur. Həmçinin, burada uşaqdan böyüyə qədər hər bir kəsin maraq dairəsi nəzərə alınıb, onlar üçün istirahət guşələri yaradılıb. Qolf sahəsi, böyük tennis kortu, basketbol meydançası, açıq hovuz, türk hamamı və sair xidmətlər istirahətə gələnlərə unudulmaz anlar bağışlayır.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün