Chinar Hotel & Spa Naftalan 2011-ci ildən fəaliyyətə başlayıb. 19 ha yaşıllıq ərazidə yerləşən hotel kompleksi ən müasir avadanlıqlarla təchiz edilmiş, peşəkar hotel personalı və tibbi heyəti olan müasir turizm kompleksidir. Hotel 353 yerlik olmaqla 170 otaqdan (Standart, Superior, Suite, Deluxe, King Suite otaqlar), Naftalan Terapiya Mərkəzi, Poliklinika, Fizioterapiya və SPA bölmələrindən ibarətdir. Hoteldə Naftalan nefti və digər Elektro/Fizioterapiyalar ilə müalicələr: dayaq- hərəkət aparatı, sümük-əzələ sistemi, periferik sinir, periferik damar, dəri, ginekoloji, uroloji, qulaq burun boğaz xəstəliklərinin müalicəsi həyata keçirilir. Müalicə paketinə həkim müayinəsi, laborator müayinələr, USM, Naftalan vannaları və müxtəlif növ fizioterapiya prosedurları daxildir. Əlavə olaraq lazerterapiya, mikrodalğaterapiya, vakuum elektroterapiya, kvars, zərbə dalğa terapiya, hidrokolonterapiya, pressoterapiya, sualtı masaj xidmətləri göstərilir. Burada qonaqların istirahəti və rahatçılığı üçün hovuz, sauna, türk hamamı, fitnes zalı, uşaqlar üçün oyun otağı, açıq havada uşaq oyun meydançası, Firuzə və Vitamin barları, bilyard, stolüstü tennis oyunu, kinoteatr və əyləncəli/musiqili xidmətlər göstərilir.

Foto albom

Ətraflı məlumat və rezervasiya üçün