2020-ci ildən başlayaraq şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı Naftalanın qədim yaşayış məskənlərindən biri olduğu müəyyən olunub. Naftalan artıq təkcə təbii sərvəti ilə deyil, həmçinin arxeoloji abidələri ilə də cəlbedici məkandır. Tədqiqatlar zamanı Qalaboynu çoxtəbəqəli yaşayış yerinin üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqənin isə tunc dövrünə aid olduğu arxeoloqlar tərəfindən müəyyən olunub.